Üç media qurumunun Ağ Evə girişi bərpa edildi

25.09.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-də məhkəmə qərarından sonra CNN və MS NOW telekanalları və "Politico" saytının müxbirlərinə yenidən Ağ Evə giriş icazəsi verilib.

Modern.az xəbər verir ki, CNN, MS NOW telekanalları və "Politico" saytına sentyabrın 24-də jurnalistlərinin yenidən Ağ Evə buraxıldığını açıqlayıblar. Bundan əvvəl akkreditasiya vəsiqələrinin qaytarılmasını tələb edən məhkəmə qərarına baxmayaraq, səhər saatlarında onların hələ də Ağ Evə girişinə icazə verilməmişdi.

ABŞ Prezidenti Donald Trampın sentyabrın 18-də verdiyi qərarına qarşı həmin media qurumlarının müraciəti əsasında işə baxan federal hakim jurnalistlərin hüquqlarına riayət olunmadığını, sözügedən sanksiyanın onlara əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq olunduğunu bildirmişdi.

Hakim Timoti Kelli hökumətdən tələb edib ki, başqa göstəriş verilənədək və ya iki həftə müddətinə qüvvədə olan məhkəmə qərarının müddəti başa çatana qədər jurnalistlərin “akkreditasiya vəsiqələri” dərhal geri qaytarılsın.

Üç media qurumunun vəkili Teodor Butrus məhkəmə qərarını alqışlayaraq bunu “mətbuat azadlığını, lazımi hüquqi prosedur hüququnu və qanunun aliliyini bir daha təsdiqləyən mühüm qərar” adlandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью