Üç min avtomobillə dolu gəmi yanğından sonra Sakit okeanda batdı

24.06.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ayın əvvəlində yanğın nəticəsində zədələnən və Sakit okeanda tərk edilən "Morning Midas" yük gəmisi batıb.

Oxu.Az-ın "Bloomberg"ə istinadla xəbərinə görə, bu barədə gəminin kapitanı məlumat verib.

Gəminin göyərtəsində 3 000-dən çox avtomobil olub, onlardan təxminən 800-ü elektromobil idi.

Xatırladaq ki, iyunun 5-də Sakit okeanın mərkəzi hissəsində göyərtəsinə 3000-dən çox avtomobil yüklənmiş gəmidə yanğın olub. Bundan sonra "Morning Midas" Sakit okeanın ortasında ekipaj tərəfindən tərk edilib. Yanğının səbəb olduğu zədələr, əlverişsiz hava şəraiti və sonradan göyərtəyə suyun dolması nəticəsində gəminin vəziyyəti daha da pisləşib və nəqliyyat vasitələri ilə birlikdə tamamilə batıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью