Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Ermənistan hökuməti üç nazirliyin adının dəyişdirilməsi ilə bağlı layihə hazırlayıb.
“Cebheinfo.az” xarici mediaya isyinadən xəbər verir ki, dəyişikliklərin məqsədi nazirliklərin adlarını onların həyata keçirdiyi fəaliyyət və əsas vəzifələrə daha uyğunlaşdırmaqdır.
Belə ki, Xarici İşlər Nazirliyinin adının Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olması təklif edilir. Buna səbəb nazirliyin xarici iqtisadi maraqların qorunması, ixracın təşviqi və şaxələndirilməsi ilə bağlı səlahiyyətlərinin də olmasıdır.
Əmək və Sosial İşlər Nazirliyinin isə Əmək və Rifah Nazirliyi adlandırılması planlaşdırılır. Yeni ad nazirliyin insanların və ailələrin rifahının və həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətindəki fəaliyyətini də əks etdirəcək.
Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adı isə Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi olacaq. Bu dəyişiklik süni intellekt və bulud texnologiyalarının inkişafı və tətbiqi ilə bağlı yeni səlahiyyətlərlə əlaqələndirilir.
Hazırlanan layihə baxılması və təsdiqlənməsi üçün Ermənistan parlamentinə təqdim olunub.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin