Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən VIII Qurultayında Təftiş Komissiyasının yeni tərkibi seçilib.
Modern.az xəbər verir ki, əvvəlki tərkibdə yer alan 3 nəfər - Sevinc Hüseynova, Nizami Səfərov və Musa Musayev kənarda qalıblar.
Samir Vəliyev isə ilk dəfə Təftiş Komissiyasının üzvü seçilib.
Təftiş Komissiyasının üzvlərinin sayı 13-dən 11-ə düşüb.