“Üç nəfərə görə milyonlarla adam ölüb” ABŞ lideri

14.04.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Rusiya Prezidenti Vladimir Putin, ABŞ-nin 46-cı prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin başlamasına görə məsuliyyət daşıyırlar”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüşü zamanı deyib.
Danışıqlar jurnalistlərin iştirakı ilə baş tutub. Onlardan biri Trampdan Rusiyanın Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirməsini “səhv” adlandırarkən nəyi nəzərdə tutduğuna aydınlıq gətirməsini istəyib.
ABŞ prezidenti müharibənin başlamasına icazə vermənin səhv olduğunu izah edib:
“Bayden müharibəni dayandıra bilərdi. Zelenski də dayandıra bilərdi. Putin isə ümumiyyətlə, başlamamalı idi. Hər kəs günahkardır. Üç insana görə milyonlarla ölüm”, - Tramp deyib.
Mətbuatın suallarını cavablandıran ABŞ lideri Rusiyanın atəşi dayandırması üçün vaxt təyin etdiyini də təsdiqləyib. Lakin o, yenə də dəqiq tarixi açıqlamayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью