Üç nəfərin müəmmalı ölümü: Araşdırma BAŞLADI

26.08.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Yaponiyanın Gifu prefekturasının Ono şəhərində bir evdən şəxsiyyəti müəyyən edilməyən üç nəfərin meyiti tapılıb.

Redaktor.az bu haqda "Japan Today"a istinadla məlumat verir.

Polisə həmin evdə yaşayan ailə ilə əlaqə saxlamağın mümkün olmadığı barədə məlumat daxil olub. Əraziyə gələn polis və bələdiyyə əməkdaşları evin girişinin açıq olduğunu və içəridən heç bir cavab gəlmədiyini görüblər.

Evdə aparılan yoxlama zamanı əsas binadan iki, həyətdəki iki mərtəbəli əlavə tikilidən isə bir meyit aşkarlanıb. Meyitlərin çürümə vəziyyətinin irəlilədiyi, onlardan birinin isə skelet halına düşdüyü bildirilib.

Hazırda ölənlərin şəxsiyyəti, yaşı və cinsi müəyyən edilməyib. Polis onların kimliyini və ölüm səbəbini müəyyənləşdirməyə çalışır.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью