Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır. “Həqiqətən də Laçında tarixi bir hadisə baş verdi.
Azərbaycan, Türkiyə və Pakistan liderlərinin sayca ikinci Zirvə görüşü baş tutdu. Bundan öncə bu Zirvə görüşü Astanada keçirilmişdi.
Bu, ondan xəbər verir ki, üç ölkə arasında əsl strateji tərəfdaşlıq əlaqələri mövcuddur və bu əlaqələr artıq institusional bir formatda fəaliyyət göstərməkdədir”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.
Politoloq vurğulayıb ki, Azərbaycan, Türkiyə, Pakistan münasibətləri dünyanın digər ölkələri arasındakı münasibətlərdən köklü şəkildə fərqlənir: “Bu münasibətlər səmimi dostluq, qardaşlıq elementlərinə söykənir və Azərbaycan, Türkiyə, Pakistan arasında tarixi, mədəni əlaqələr mövcuddur.
Bunu liderlər də qeyd etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə görüşünün əhəmiyyətinə diqqət çəkdi və qeyd etdi ki, ölkələr a
Prezident təhlükəsizlik, hərbi, texniki sahələrdə əməkdaşlığı xüsusi qeyd etdi. Bildirdi ki, ölkələr birgə hərbi təlimlər keçirirlər.
Bu da böyük bir coğrafiyada təhlükəsizliyin təmin olunmasında üç ölkənin əməkdaşlığının roluna diqqəti cəlb etmiş oldu.