Üç ölkə İrəvanda hərbi təlimlərə başlayır MƏLUMAT

16.06.2026

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə iyunun 17-dən 25-dək Ermənistanda “Eagle Partner 2026” illik hərbi təlimləri keçiriləcək. SİA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Hərbi təlimlərdə Ermənistan ordusunun sülhməramlı briqadasının (250 iştirakçı), Avropa və Afrikadakı ABŞ ordusunun, həmçinin Kanzas Milli Qvardiyasının (58 iştirakçı), Fransa qüvvələrinin (24 iştirakçı), Yunanıstan qüvvələrinin (11 iştirakçı) hərbçiləri iştirak edəcək. Təlimlər zamanı sülhməramlı tapşırıqların hazırlanması və icrası üzrə tədbirlər həyata keçiriləcək", - məlumatda deyilib.

Mətləb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью