Üç ölkə razılaşdı, İran üçün yeni oyun başladı Gözlənilən qərar verilir? KONKRET | Icma.az
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranla “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) arasında növbəti nüvə danışıqlarının iyulun 27-də Cenevrədə baş tutacağı açıqlanıb.
Tərəflər Tehranla nüvə proqramı ilə bağlı məsləhətləşmələri davam etdirmək niyyətindədir.
Danışıqlar prosesində bu dəfə də ABŞ-ın iştirak etməməsi diqqət çəkir.
Halbuki, İranın nüvə proqramı ətrafında yaranmış böhranlarda ən sərt mövqe məhz Vaşinqtona məxsusdur.
ABŞ-ın bu dəfə də danışıqlarda iştirak etməməsi nədən xəbər verir? Üç ölkə Vaşinqtonun bacarmadığını edə biləcəkmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın İranla növbəti nüvə danışıqlarında yenə də iştirak etməməsi bir neçə mühüm siyasi mesaj verir: “İlk növbədə bu, Vaşinqtonun Tehranla birbaşa masa arxasında oturmaqda hələ də tərəddüd etdiyini, həm daxili siyasi dinamika, həm də bölgədəki gərginliklər fonunda bunu riskli dəyərləndirdiyini göstərir.
ABŞ administrasiyası sanksiya təzyiqini əsas alət kimi saxlamaqla yanaşı, “Avropa üçlüyü”nə diplomatik manevr sahəsi verir.
Tam oxu
Xəbəri oxu