Üç ölkənin səfiri Gürcüstan XİNə ÇAĞIRILDI

03.12.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Litva, Estoniya səfirləri və Latviya səfirliyinin müvəqqəti işlər vəkili Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, diplomatlar Gürcüstan hakimiyyətinə qarşı sanksiyalarla əlaqədar çağırılıb.
Qeyd edək ki, Latviya, Litva və Estoniya hökuməti “gürcü etirazlarını yatıranlara qarşı milli sanksiyalar” tətbiq etmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dondurduğunu elan etməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью