Üç ölkənin səfiri Gürcüstan XİNə çağırıldı

03.12.2024

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Litvanın, Estoniyanın Tiflisdəki səfirləri və Latviya səfirliyinin müvəqqəti işlər vəkili Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Mf Gürcüstan XİN-in açıqlamasına istinadən xəbər verir ki, bu addım həmin ölkələrin Gürcüstan hakimiyyətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar atılıb.

Nazirlik bildirir ki, görüşdə üç ölkənin Gürcüstanın hökumət rəhbərlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı bəyanatlar verməsindən narahatlıq ifadə olunub, onların ölkələr arasındakı tərəfdaşlıq münasibətlərinə zidd olduğu qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью