Üç ölkənin səfiri Gürcüstan XİNə çağrıldı

03.12.2024

Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.

Litva, Latviya və Estoniyanın səfirləri Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb Baltikyanı ölkələrin ötən gün Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili də daxil olmaqla 11 nəfərə sanksiya tətbiq etmələridir.

Qeyd edək ki, sanksiyalarla həmin şəxslərin Litva, Latviya və Estoniyaya girişi qadağan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью