Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir”.
News24.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.Onun sözlərinə görə, London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdi.
“Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydedən bu qərarı aylardır gözləyirdi. Bayden son ana qədər məsələni uzadırdı.
Vitse-prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirməsi qərarını o verməli olacaqdı.
Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda, Bayden Prezident seçilən Donald Trampa son “pisliyini” etdi”, - deyə o əlavə
E.Şahinoğlu xatırladıb ki, Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb.
“O, yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı.