Üç qələbənin hərəsi bir cür fantastikdir Kerrik uğurlu startdan danışdı

06.02.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi Maykl Kerrik komandanın onun rəhbərliyi altında çıxdığı 3 Premyer Liqa matçında 3 qələbə qazanmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini klubun rəsmi saytı belə çatdırıb:

"Düzü, hər şey addım-addım alındı. Çox da irəli baxmırdım. Amma zamanla necə görünmək istədiyimizi anladıq. Artıq hansı futbolla diqqət çəkmək istədiyimizin, hansı istiqamətdə irəliləməli olduğumuzun fərqindəyik. Əlbəttə, üç qələbənin hərəsi bir cür fantastikdir. Əminik ki, böyük inkişaf var. Yaxşı başlanğıc fonunda böyümək əla hissdir".

Nihat 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью