Modern.az saytına istinadən Icma.az xəbər verir. Bir müddət əvvəl Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavin
Maliyyə naziri postuna isə hələ ki heç kim təyin olunmayıb.
Belə fikirlər dolaşır ki, Maliyyə Nazirliyi, Gömrük Komitəsi və Vergilər Xidməti birləşdiriləcək, onların bazasında yeni dövlət qurumu - Milli Gəlirlər Nazirliyi yaradılacaq.
VI çağırış Milli Məclisin deputatı, iqtisadçı Vahid Əhmədov iddiaları Modern.az-a şərh edib.
O bildirib ki, Samir Şərifov artıq uzun illər idi ki, nazir postunu tuturdu: “Bu müddət ərzində onunla çox təmasda olmuşuq.
Kifayət qədər təcrübəli, savadlı iqtisadçıdır. Həmişə Milli Məclisdə qaldırılan bütün məsələlərə öz fikrini bildirib.
Dövlət büdcəsinin müdafiəsində öz mövqeyi olub. Maliyyə naziri kimi əsasən büdcənin xərc hissəsinə diqqət yetirib.
Büdcənin xərc hissəsini müəyyən qədər qoruyub saxlamaq maliyyə nazirinin vəzifəsidir. Ona da Samir Şərifov nail olub.