Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Qisas məqsədilə barı yandırmağa çalışan üç rəfiqə saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Kemerovo vilayətində baş verən hadisə ərazidəki müşahidə kamerası tərəfindən qeydə alınıb. Məlumata görə, spirtli içkinin təsirindən özlərini idarə edə bilməyən rəfiqələr getdikləri əyləncə məkanında səs-küy salaraq qalmaqal törədiblər. Məkanın mühafizəçisi dərhal müdaxilə edərək aqressiv qadınları çölə çıxarıb. Lakin bu hərəkətdən qəzəblənən rəfiqələr geri çəkilmək istəməyiblər. Onlar yaxınlıqdan benzin kanistri taparaq içindəki yanacağı binanın bir hissəsinə töküblər və oranı yandırıblar.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin binanın divarları və işıq kabelləri zədələnib. Bundan əlavə, kafenin yaxınlığında dayanan bir avtomobil tamamilə yanaraq kül olub.
Ümumi ziyanın həcmi 4 milyon rubl (təxminən 75 000 AZN) dəyərində qiymətləndirilir.
Namiq Musayev