Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçmiş baş nazir Naftali Bennet arasında keçirilən üçsaatlıq görüşdə siyasi əməkdaşlığın bərpası məsələsinin müzakirə olunduğu iddia edilir.
Moderator.az xəbər verir ki, siyasi müşavir Şalom Elbaz Kanal 14-ə müsahibəsində Netanyahunun Benneti sağçı düşərgəyə qayıtmağa və milli birlik hökumətinə qoşulmağa dəvət etmiş ola biləcəyini bildirib.
Elbazın sözlərinə görə, mümkün razılaşmaya Bennetin müdafiə naziri təyin edilməsi və ya ona bir il yarım baş nazir vəzifəsinin verilməsi daxil ola bilər. Sonuncu ssenaridə Netanyahu hökumətə rəhbərliyi yenidən üzərinə götürə, ABŞ prezidenti Donald Tramp isə razılaşmanın təminatçısı kimi çıxış edə bilər.
Müşavir bütün bunların şəxsi ehtimalları olduğunu, qapalı görüşdə konkret nələrin müzakirə edildiyinin məlum olmadığını vurğulayıb.