Üç şahmatçımız üçün uğurlu tur

21.12.2024

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın Sitges şəhərində keçirilən beynəlxalq turnirdə 9-cu tur Azərbaycan şahmatçıları üçün uğurlu alınıb. Sport24.az xəbər verir ki, yarışda mübarizə aparan hər üç zəka sahiblərimiz qələbə qazanıb.

Səbinə İbrahimova hindistanlı Bartakke Amardeepə, Ayan Allahverdiyeva polşalı Matsey Qaycitsaya (Polşa), Lalə Hüseynova da hindistanlı Aadya Ranganata qalib gəlib.

Allahverdiyeva və İbrahimova hərəyə 5 xal toplayaraq, müvafiq olaraq, 45-ci və 69-cu, Hüseynova isə 4 xalla 149-cu yerdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью