Üç şikayətlə bağlı hüquqi tədbir görülüb Audiovizual Şura

14.02.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən il vətəndaşlar tərəfindən televiziyada yayımlanan proqramlarla bağlı Audiovizual Şuraya 124 müraciət daxil olub, onlardan 85-i tam cavablandırılıb.

"Unikal" xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, vətəndaşların şikayətləri müvafiq olaraq yayımçılara yönləndirilib. “Üç şikayətlə bağlı hüquqi tədbir görülüb və kanallara sanksiya tətbiq edilib. Beş şikayətlə bağlı isə kanallara tövsiyə verilib”, - deyə o əlavə edib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью