Üç transferə vəsait ayırdılar Bir legioner, iki yerli

29.11.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Premyer Liqanın son turunda "İmişli" üzərində əldə olunan 3:1 hesablı qələbə "Şəfa" rəhbərliyini ürəkləndirib.

10 oyunluq aradan sonra 3 xal həsrəti başa çatan şəhərlilər qış fasiləsində heyətini gücləndirmək barədə qərar qəbul edib.

Baş məşqçi Zaur Həşimova dəstək verən yönətim 3 yeni oyunçunun alınmasına büdcə ayırıb. Hazırda düşərgəsində 11 legioner olan paytaxt təmsilçisi hücum xəttinə növbəti əcnəbini gətirəcək.

Gənc mütəxəssisin xidmətinə maraq göstərdiyi digər futbolçular isə elitanın digər iştirakçılarından icarəyə götürüləcək.

13 tura 8 xal toplayan "ağ-göylər" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 22 ildən sonra liqaya dönmüş "Şəfa" son sıradakı "Araz-Naxçıvan"ı 4 xal qabaqlayır. (sportinfo.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью