“Üç ulduz” testi: İçindəki ağrını tanı

26.01.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

Şəkildə 3 ulduz görürsünüz. Onlardan birini – sizə daha cazibəli və gözəl görünəni seçin. Çox uzun və dərin fikirləşməyin, məntiqlə yanaşmayın, sadəcə, içinizdən gələn səsə əsasən seçim edin. Sonra isə bu seçimin sizin haqqınızda verdiyi məlumatla tanış olun.
Ulduz №1

Əgər bu ulduzu seçmisinizsə, sizin probleminiz doğrulmamış ümidlərlə bağlıdır. Siz hər şeydə hədəfi yuxarıda götürür, sonra isə əliniz çata bilmədiyi üçün məyus olursunuz. Bir qədər realist olun və əvvəlcə çata biləcəyiniz məqsədlərə yönəlin. Son nəticədən yox, prosesin özündən zövq almağı öyrənin. Xoşbəxtlik təkcə məqsədlərə çatmaq deyil, həm də bunun naminə yaşamaqdır.
Ulduz №2
Başqalarının sizin haqqınızda nə düşündüklərinə həddindən çox əhəmiyyət verirsiniz. Hamının xoşuna gəlməyə çalışır, nəticədə özünüz ola bilmirsiniz. Bu düşüncədən əl çəkin. Hisslərinizə qulaq asın. Başqalarının yox, özünüzün görmək istədiyiniz adam kimi yaşayın. Qınaqlardan çəkinməyin. Sizin üçün ancaq bir insanın fikri əhəmiyyət daşımalıdır – özünüzün.
Ulduz №3
Əgər bu ulduzu seçmisinizsə, əsas probleminiz keçmişdən qopa bilməməyinizdir. Xatirələr, incikliklər, verilmiş səhv qərarlardan doğan peşmanlıqlar irəliyə getməyinizə imkan vermir. Nə qədər çətin də olsa, keçmişdən əl çəkməyiniz lazımdır. Onu daha dəyşmək mümkün deyil, siz isə indidən və gələcəkdən zövq almağı öyrənməlisiniz.
Samir Quliyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью