Üç uşağını öldürdü, dördüncüyə gücü çatmadı Qəddar ananın ŞOK İFADƏSİ

15.04.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Krasnoyarsk diyarında üç övladını xüsusi amansızlıqla öldürən ana saxlanılıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, ana ilkin dindirmə zamanı gücü çatmadığı üçün dördüncü uşağını da öldürmədiyini deyib.

Qadın aprelin 14-də Kanskda 7 aylıq, 4 və 8 yaşlı 3 övladını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb. Müstəntiqlərin fikrincə, o, uşaqları qəsdən balta ilə vurub.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (xüsusi amansızlıqla törədilən üç yetkinlik yaşına çatmayanı öldürmə), cinayət işi başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью