Üç uşaq anası olan məşhur kouç plastik əməliyyatdan sonra vəfat etdi

15.08.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf-a jurnalist Ülviyyə Alovlu məlumat verib.

Onun sözlərinə görə, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi – red.) Nilufər Abdulla “Etalon” hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra qadının vəziyyəti ağırlaşıb və vəfat edib.

1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Qeyd edək ki, piposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdomenoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью