Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Cari il dekabr ayının 2-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə BAKU.WS-ə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq Qadın Vəkillər Alyansının hesabatı dinlənilib, Bakı şəhəri 22 saylı Vəkil Bürosunda keçirilmiş monitorinqin nəticəsi elan edilib.
Sonra "Deontologiya" və "İcra Hüququ" Komitələrinin Əsasnaməsinin və İş Planının təsdiq edilməsi məsələlərinə baxılıb və müsbət qərarlar çıxarılıb.
Eyni zamanda iclasda "Elektron vəkil kabinetindən istifadəya dair Təlimat"ın təsdiq olunması qərara alınıb.
Həmçinin iclasda Rəyasət Heyətinin səlahiyyətləri çərçivəsində digər məsələlərə baxılıb.