Üç yaşlı şahmatçı FIDE nin tarixinə düşüb

05.12.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Üç yaşlı hindistanlı Sarvaqya Sinqx Kuşvaxa Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ən gənc üzvü olub.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, o, 3 yaş 7 ay 20 günlüyündə FIDE üzvlüyünə qəbul edilib.

Sarvaqya Sinqx Kuşvaxa bununla da həmyerlisi Aniş Sarkarın rekordunu qırıb. A.Sarkar 3 yaş 8 ay 19 günlüyündə ən gənc şahmatçı ünvanına yiyələnib.

Qeyd edək ki, Hindistanın Madhya-Pradeş ştatının sakini olan Sarvaqya Sinqx Kuşvaxa (1572) ölkəsində keçirilən bir sıra şahmat turnirlərində uğurla çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью