“Uca Allahdan yağış istəyin”

28.11.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Hər kəs su, çörək, qaz, benzin və ictimai əhəmiyyətli malların israfından çəkinməlidir. Ölkə üçün ən ciddi təhlükə və itkilərdən biri israfçılıqdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın ali rəhbəri Əli Xamenei televiziyada çıxışında deyib.

Onun fikrincə, israfçılıq olmasaydı, ölkədə vəziyyət xeyli yaxşılaşardı.

“Allahla əlaqənizi gücləndirin, Uca Allahdan yağış, əmin-amanlıq, bərəkət, hər şey istəyin. Allaha üz tutun. Dua ilə Ona tərəf dönün. Uca Allah bütün problemlərin islahı üçün vasitələr verəcək”, - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью