Teleqraf.com saytına istinadən Icma.az xəbər verir. Taylandda monastırda Buddanın 12 metrlik heykəli insanların üzərinə aşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli “The Thaiger” məlumat yayıb.Məlumata görə, rahiblər monastırda 12 metrlik heykəli noyabrın 29-da quraşdırıb.
Rahiblər heykəlin beton qəliblərini çıxararkən Budda qəfil aşıb. Altı rahib dağıntılar altında qalıb. Bir nəfəri ölüb, 5 nəfər yaralanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.