Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. E S S E ..Qadın ucalıq adının rəmzi, müqəddəsliyin simvoludur.
O, Uca Yaradanın yaradılışlar arasında yaratdığı şah əsərdir, insanlığa ən böyük ərmağanı,kutsal əmanətidir...
Qadın füsünkar gözəlliyin ülviyyət çələngi,əsrarəngizliyin özü, ecazkarlıq nümunəsidir!
Tanrının Yaradandan sonra yer üzündə yaratmaq qüdrəti bəxş etdiyi müqəddəslik təzahürüdür. Gözəllik, Zəriflik, Nəciblik mücəssəməsidir!
İllah da Azərbaycan qadını!O, Qadın müqəddəsliyinin ən ümdə xüsusiyyətləri ilə ucalıq məqamı kimi səciyyələnə bilər.
Onun varlığı, həm də, Qeyrət, Namus , Vəfa, Sədaqət paklığından yoğrulub. Mərdlik,mübarizlik, igidlik kimi ali məfkurədən yoğrulub.
Azərbaycan qadını gözəlliyi, zərifliyi, nəcibliyi qədər sərt, mərd, mübarizdir.
Həssaslığı, kövrəkliyi kimi dözümü, səbri, mətanəti ilə örnəkdi.O, bir əlində nənni yüyrüyü tutub, "Cəngi" sədasında igid övladlar böyüdüb, tərbiyə edib, bir əlində qılınc tutub, at belində, düşmən önündə İgidliyi, qəhrəmanlığı ilə ər igidlərdən seçilməyib.