Uçan avtomobillər gəlir | Icma.az
Reyting.az saytına istinadən Icma.az xəbər verir. Artıq uçan avtomobillər mif deyil.
ABŞ istehsalçıları sübut ediblər ki, belə maşın modeli reallığa çevrilib.
Reyting.az-ın məlumatına görə, ABŞ-nın "Alef Aeronautics" şirkəti tərəfindən yeni istehsal edilən elektrikli uçan avtomobil "Model Zero" ilk dəfə nümayiş etdirilib.
Yeni yayımlanan görüntüdə "Model Zero" avtomobilinin havada uçan prototipinin Kaliforniya yolunda sürüldüyü, həmçinin qəfildən havaya qalxmadan park edilmiş avtomobilin üzərindən uçduğu görünür.
Bu an Rayt qardaşlarının tarixi uçuşu ilə müqayisə edilib.Bu sınaq uçuşu barədə "Alef Aeronautics" şirkətinin baş direktoru Cim Duxovnıy da danışıb:"Bu sınaq sürüşü, belə bir uçuşun reallığı hazırda şəhər mühitində texnologiyalar üçün konsepsiyanın mühüm sübutudur"."Model Zero" adlı avtomobil paylanmış elektrik mühərrik sistemi ilə təchiz edilib.
Burada pərvanələr kuzovun içərisində gizlənib ki, bu da yeni uçan maşına tanış görünüş verir.
Şaquli havaya qalxdıqdan sonra avtomobil yan tərəfə əyilir, yanları qanadlara çevirir və kabin fırlanır, eləcə də sərnişinlər üçün rahat mövqe yaradır.Şirkətin növbəti addımı iki nəfərdən ötrü nəzərdə tutulmuş "Model A" kommersiya versiyası olacaq.
Yeni model avtomobilin 177 kilometrədək məsafəyə uça və yerdə 321 kilometrlik bir məsafəni qət edə biləcəyi deyilir.
Tam oxu
Xəbəri oxu