Icma.az, Azertag portalına istinadən məlumat yayır. Bakı, 15 yanvar, AZƏRTAC Elmi fantastika və texnoloji yeniliklər dünyasında uzun müddətd
Missuri Elm və Texnologiya Universitetinin aerokosmik mühəndisi Xiaosong Dunun fikrincə, uçan avtomobillərin istehsalı üçün texnologiyalar a
Aerokosmik mühəndis Pat Anderson bildirir ki, bu avtomobillər, adətən, şaquli qalxma və enmə funksiyalarına malik olacaq.
Qanadlar uçuş zamanı hava müqavimətini azaldaraq daha praktik və təhlükəsiz uçuş təmin edəcək.
Xüsusilə, ABŞ-ın “Alef Aeronautics” şirkəti yollarda hərəkət edə bilən və eyni zamanda, havaya qalxan avtomobil prototipləri üzərində işləyir.
Lakin belə avtomobillərin ilkin istehsal qiyməti təxminən 300 min ABŞ dolları təşkil edəcək ki, bu da texnologiyanın geniş yayılması üçün maneə yaradır.Uçan avtomobillərin kütləvi istifadəsinin qarşısında duran ən böyük problemlərdən biri yüksək istehsal xərcləri və təhlükəsizlik standartlarıdır.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) artıq uçan avtomobillər üçün qaydalar hazırlamağa başlayıb.
2024-cü ilin oktyabrında FAA tərəfindən qəbul edilən hava taksiləri üçün istismar və sınaq qaydaları, bu texnologiyanın tətbiqini bir qədər də yaxınlaşdırdı.