Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaz və yay aylarında havaların qəfil qızması ilə bərabər evlərdə uçan qarışqaların sayı sürətlə artmağa başlayıb. Xüsusilə yağışlı günlərdən sonra pəncərə kənarlarında, mətbəxdə və otaqlarda görünən bu zərərvericilər sakinlərin ciddi narahatlığına səbəb olur. Ekspertlər qeyd edirlər ki, yeni koloniya qurmaq üçün yuvalarından çıxan bu qanadlı həşəratlardan xilas olmaq əslində çətin deyil.
Demokrat.az xəbər verir ki, ev şəraitində bəzi sadə və təbii üsullarla uçan qarışqaları tamamilə uzaqlaşdırmaq mümkündür.
Ən təsirli vasitələrdən biri sirkəli su qarışığıdır. Bərabər miqdarda su və ağ sirkəni qarışdırıb həşəratların toplandığı yerlərə sıxmaq lazımdır. Sirkə həm qarışqaları məhv edir, həm də onların buraxdığı qoxu izlərini silərək digər zərərvericilərin evə daxil olmasının qarşısını alır.
Digər asan üsul isə sabunlu sudur. Sprey şüşəsinə doldurulmuş suya bir neçə damcı qab yuyan maye əlavə edib qarışqaların üzərinə püskürtdükdə, onların hərəkəti dərhal məhdudlaşır. Kəskin qoxuları sevməyən bu həşəratlara qarşı nanə yağından istifadə etmək də yüksək nəticə verir.
Mütəxəssislər bildirirlər ki, uçan qarışqaların evə dolmaması üçün pəncərələrə xüsusi torlar çəkilməli, divardakı və qapı kənarlarındakı çatbaxlar silikonla tam qapadılmalıdır. Eyni zamanda evdə açıq halda qida qalıqlarının saxlanmaması və rütubətin qarşısının alınması bu problemin yaranmasını kökündən həll edir.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, ev şəraitində bəzi sadə və təbii üsullarla uçan qarışqaları tamamilə uzaqlaşdırmaq mümkündür.