GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir neçə gün öncə Heydər Əliyev prospektində yüksək sürətlə qəza törədən Anar Nəcəfovla bağlı yeni məlumatlar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, sürücünün qəzadan sonra yerləşdirildiyi xəstəxanın önündən yayılan görüntülər maraqla qarşılanıb.
Görüntülərdə iki nəfər şəxs A.Nəcəfova dəstək məqsədi ilə xəstəxanaya getdiklərini bildiriblər. Onlardan biri deyib ki, naməlum bir şəxsin ona zəng edərək sürücünün bütün xərclərini qarşılayacağını, avtomobil almağa yardım edəcəyini və banka borcunu ödəyəcəyini bildirib.
View this post on Instagram