“Uçan taksi pilotu”nun imtinası: qəhrəmanınız ümidinizi qırdı? | Icma.az
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq. Bakıda “uçan taksi”… Körpüdən yerə düşdü, həm də elə bil cəmiyyətin “emosional teli”nə çırpıl
Baş verən bu qeyri-adi qəza bir çox insan üçün sadəcə yol-nəqliyyat hadisəsi idi.
Amma hadisədən sonra yaranan ictimai reaksiya — yardımlar, paylaşmalar, simpatiya dolu şərhlər — daha böyük və daha dərin bir problemi ortaya çıxardı: cəmiyyətin məsuliyyət hissi və qəhrəman anlayışının deformasiyası.
*** “Bolt” sürücüsü BYD markalı avtomobillə körpüdən yük maşınının üstünə, ordan isə yerə aşdı.
Nəticədə dövlət əmlakına ziyan dəydi, digər sürücü xəsarət aldı və ən əsası, avtomobildəki qadın sərnişin həyati təhlükə ilə üzləşdi.
O, qəzanın qurbanı ola bilərdi. Amma onun keçirdiyi stress, yaşadığı qorxu və ailəsinin narahatlığı heç bir yerdə ciddi müzakirə olunmadı.
Əvəzində qəzanın səbəbkarı olan sürücünün yazıq və çarəsiz görüntüləri yayıldı, sosial şəbəkələrdə empatiya dalğası başladı.
“Uçan taksi pilotuna yardım” kampaniyaları, paylaşmalar, “qəhrəmanlıq” statusları bir-birini izlədi.
Tam oxu
Xəbəri oxu