Uçan taksi planı suya düşdü

02.01.2025

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniyada uçan taksilərin “populyarlaşdırılması” planları suya düşmək üzrədir. Daha bir şirkət təcili investor tapa bilməsə, bazara daxil ola bilməyəcək.

Publika.az xəbər verir ki, uçan taksi istehsalçısı “Volocopter” bazara girmək üçün günləri sayarkən müflis olduğunu elan edib.

Təxminən 500 işçisi olan şirkət “Təzə kapital toplamaq səylərinə baxmayaraq, biznesin davam etdirilməsi üçün iflasdan başqa davamlı bir həll tapılmadı" açıqlamasını verib.

Prosesi idarə edən “Anchor” Hüquq Firması bildirib ki, şirkət fevralın sonuna qədər fəaliyyətini davam etdirmək və investor tapmaq istəyir.

Roza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью