Ucar rayonunda avtomobil piyadanı vuraraq öldürüb

26.12.2024

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar- Zərdab avtomobil yolunun rayonun Xalac kəndindən keçən hissəsində qeydə alınıb.

Yolu keçən piyada Xalac kənd sakini Yasin Ehtiram oğlu Məmmədovu yük maşını vurub. Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью