Ucarda 14 nəfər zəhərlənib

30.12.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dekabrın 30-da saat 11:00 radələrindən etibarən zəhərlənmə şübhəsilə 14 nəfər (3 kişi, 11 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-nın soğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb", məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью