Ucarda 28 yaşlı şəxs bıçaqlanıb

18.02.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ucar, 18 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Ucar rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə axşam saatlarında şəhər ərazisində baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarabörk kənd sakini, 1998-ci il təvəllüdlü Mais Ağasıyev bıçaq xəsarəti ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya yerləşdirilən şəxs dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və təfərrüatları araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью