Ucarda 5 yaşlı uşaq hovuzda boğulub öldü YENİLƏNİB

16.12.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Prokurorluq Ucarda baş verən uşaq ölümü ilə bağlı araşdırmalara başlayıb. 

Lent.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rüfət İsmayılov ehtiyatsızlıqdan evin həyətindəki su ilə dolu hovuza yıxılıb. Nəticədə azyaşlı boğularaq ölüb.

Həmin faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırmalara başlanıb.

***

saat 00:39

Ucarda 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Nəzarətsiz qalan 2019-cu il təvəllüdlü Rüfət Dəyanət oğlu İsmayılov hovuzda boğularaq ölüb.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью