Ucarda açıq ərazidə yanğın oldu

27.02.2026

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ucarda 3 hektara yaxın sahədə quru ot, kol-kos və ağaclar yanıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qarabörk kəndi ərazisində baş verib. Boş ərazidə başlayan yanğın ağaclıq əraziyə keçib. Nəticədə kol-kos, bir neçə ağac yanıb.

Hadisə yerinə FHN-nin Ucar rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью