Ucarda açıq ərazidə yanğın olub FOTO

11.02.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ucarda açıq ərazidə yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qazyan kəndində qeydə alınıb. Kənd bələdiyyəsinə məxsus 5 hektardan artıq ərazidə kollar, agaclar yanıb.

Hadisə yerinə FHN-nın Ucar və Zərdab rayon yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində əraziyə bitişik meşəlik ərazi yanğından mühafizə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью