Ucarda ağır qəza, 2 nəfər öldü, 2 nəfər yaralandı FOTOLAR

31.07.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub.

İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb.

Digər piyada və sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью