Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan 2 "Opel" markalı minik, 3 "KamAZ" markalı yük və 1 "Mercedes" markalı minik maşını toqquşub.
Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini,1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Uca
İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.