Ucarda ağır yol qəzası oldu Sürücü xəstəxanaya yerləşdirildi

24.06.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ucarda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ağır bədən xəsarətləri alıb.

Gununsesi.info xəbər verir ki, hadisə Yuxarı Şilyan kəndi yaxınlığında qeydə alınıb. İdarəetməni itirən minik avtomobili yol kənarındakı maneələrə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü rayon sakini Qasımov Elvin Bəxtiyar oğlu müxtəlif dərəcəli sınıq və digər bədən xəsarətləri ilə dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olması səbəbilə sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına köçürüldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью