Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ucar rayonunda qısa müddət ərzində ard-arda iki yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəzalar oktyabrın 26-da səhər saatlarında rayonun Küçəkənd kəndində qeydə alınıb.
Belə ki, əvvəlcə 77-PT-024 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton maneəyə çırpılaraq aşıb.
Bir müddət sonra isə 88-BJ-057 dövlət nömrə nişanlı digər “Chevrolet” markalı avtomobil yoldan çıxaraq yol kənarına düşüb.
Hadisələr nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib.
Faktlarla bağlı araşdırma aparılır.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/228208.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler