Ucarda avtomobil qəza törətdi Yaralı var

24.06.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ucarda avtomobil maneələrə çırpılıb, sürücü ağır xəsarətlər alıb.

"Unikal"ın məlumatına görə, hadisə Yuxarı Şilyan kəndi yaxınlığında baş verib. İdarəetmədən çıxan minik avtomobilinin yol kənarındakı maneələrə çırpılması nəticəsində çox sayda sınıq və digər bədən xəsarətləri alan 1986-cı il təvəllüdlü rayon sakini Qasımov Elvin Bəxtiyar oğlu təcili xəatəxanaya çatdırılıb.Daha sonra durumunun ciddiliyi nəzərə alınaraq yaralı Göyçay xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью