Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı–Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub. Ağır xəsarət alan 40–45 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.