Ucarda avtomobillə traktor toqquşub, xəsarət alan var FOTO

08.03.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ucarda qəza olub, xəsarət alan var.

Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Qarabörk kənd sakini İsrayıl Mikayıl oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə həmkəndlisi, Mürşüd Mirzə oğlu Orucovun idarə etdiyi traktor toqquşub. Nəticədə ağır xəsarətlərlə kişi cinsli bir nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью