Ucarda baş verən qəzada xəsarət alanların sayı 22 yə çatdı

16.02.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ucarda baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, qəza nəticəsində həlak olanlar Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.
Hadisə zamanı xəsarət alanların sayı isə 22 nəfərə çatıb.
Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı 14 avtomobil toqquşub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью