Ucarda beş otaqlı ev yanaraq külə döndü FOTO

02.02.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evində baş verib.
Belə ki, vətəndaşa məxsus bir mərtəbəli, 5 otaqdan ibarət yaşayış evində başlayan yanğın qısa müddətdə şiddətlənərək evi bütöv əhatə edib. Nəticədə ev tamamilə yanaraq külə dönüb.
 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib, alovun yaxınlıqda olan evlərə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.


Yanğın zamanı evdə olan məişət avadanlıqları və digər əşyalar, yanar konstruksiyalar yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.




Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью