Ucarda çaqqal insanlara hücum etdi

24.04.2026

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ucar rayonunda sakinlər çaqqal hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.

Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova öz həyətində çaqqal hücumuna məruz qalıb. Yırtıcı heyvanın yaraladığı G.Məmmədovanın köməyinə gələn qonşuları - 67 yaşlı Musa Həsənov və onun həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarət alıblar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью